Ümummilli Lider Heydər Əliyevin Həyatı - Sosialdovlet.az

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Heydər Əliyev- "Azərbaycan xalqının ümummilli lideri"